525.Az

"Sabah” - “İmişli” oyununda xüsusi qonaq


 

"Sabah” - “İmişli” oyununda <b style="color:red">xüsusi qonaq</b>

"Sabah” və “İmişli” komandaları arasında baş tutan oyunu izləyənlər arasında xüsusi qonaqlar da olub.

525.az xəbər verir ki, bu barədə "İmişli"nin mətbuat xidməti məlumat yayıb.

Argentina Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi - konsul cənab Leandro Daniel Verteramo və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov oyunu canlı izləyərək futbolçulara dəstək olublar.

Qeyd edək ki, sözügedən matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 





01.09.2025    çap et  çap et