525.Az

Çexiyanın keçmiş baş nazirinə hücum oldu


 

Çexiyanın keçmiş baş nazirinə <b style="color:red"> hücum oldu</b>

Çexiyada ölkənin keçmiş baş naziri Andrey Babiş hücuma məruz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs mitinq zamanı onun başına metal əşya ilə zərbə endirib.

Hadisə Babişin rəhbərlik etdiyi ANO müxalif hərəkatının ölkənin şimal-şərqində yerləşən Dobra kəndində təşkil olunan aksiyası zamanı baş verib. Dərhal Fridek-Mistek şəhər xəstəxanasına aparılan keçmiş baş nazir rentgen müayinəsindən keçirilib. Babiş hazırda həmin xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, ANO-dan Çexiya Parlamentinin aşağı palatasına deputat seçilmiş Aleş Yuxelka Andrey Babişin başına dəmir çəliklə bir neçə zərbə endirildiyini, indi vəziyyətinin yaxşı olduğunu  bildirib.

L.Tağıyeva

 





02.09.2025    çap et  çap et