525.Az

Masazırda fərdi yaşayış evində yanğın olub, iki nəfər ölüb


 

Masazırda fərdi yaşayış evində yanğın olub, iki nəfər ölüb<b style="color:red"></b>

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.

Bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 





02.09.2025    çap et  çap et