525.Az

Premyer Liqa tarixində ən bahalı transfer


 

Premyer Liqa tarixində <b style="color:red"> ən bahalı transfer</b>

İsveç millisinin hücumçusu Aleksander İsak “Liverpul”a transfer olunub.

525.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.

İsakın keçidi İngiltərə Premyer Liqası tarixində ən bahalı transfer olub. İsveçli forvardın keçidi “Liverpul”a 125 milyon funt-sterlinqə (145 milyon avro) başa gəlib.

Aleksand İsak “Nyukasl”da 2022-ci ilin yayından çıxış edirdi. O, Premyer Liqada “sağsağanlar”ın heyətində çıxdığı 86 matçda 54 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. İsveçli yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

İbrahim Cəfərov

 





02.09.2025    çap et  çap et