525.Az

İnstaqramda ödənişli abunə dövrü başlayır


 

İnstaqramda ödənişli abunə dövrü <b style="color:red"> başlayır</b>

Dünyanın ən məşhur sosial media platformalarından biri olan instaqramda ödənişli abunə dövrü başlayır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni təklif reklamlardan bezən istifadəçilər üçün nəzərdə tutulub. Belə ki, 2 milyard aylıq aktiv istifadəçisi və 500 milyondan çox gündəlik istifadəçisi olan instaqram, reklamsız giriş təklif edəcək.

Reklamsız giriş ayda 7,99 avroya başa gələcək. Ödənişli abunə ilə istifadəçi məlumatları reklam məqsədləri üçün işlənməyəcək və platforma tamamilə reklamsız olacaq.

Ayda 7,99 avro ödəməyən instaqram istifadəçiləri isə fərdiləşdirilmiş reklamları görməyə davam edəcəklər.

İbrahim Cəfərov

 





02.09.2025    çap et  çap et