Belçika sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib.
O, əlavə edib ki, İsrail hökumətinə qarşı da ağır sanksiyalar tətbiq oluna bilər.
Xatırladaq ki, Prevo daha əvvəl koalisiya hökumətinə Fələstinin dövlət kimi tanınmasını təklif etmişdi. İlkin danışıqlar heç bir nəticə vermədikdən sonra Belçikanın Baş naziri Bart De Vever bildirmişdi ki, "Mövcud şərtləri dəyişmədən Fələstini tanımaqla heç nəyə nail olunmayacaq, hətta bunun mənfi təsirləri də ola bilər".
Əvəzində xarici işlər naziri Maksim Prevo Belçikanın konkret addım atmasını istədiyini bəyan edib və hökuməti məsələ həll olunana qədər davam edən digər işlərin dayandırılması ilə hədələyib.
İbrahim Cəfərov
çap et