“İsrail vasitəçilərin Qəzza zolağında atəşkəs təklifinə hələ də cavab verməyib”.
525.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.
Onun sözlərinə görə, İsrail tərəfinin Fələstin anklavında hərəkətləri yalnız vəziyyətin gərginləşməsinə gətirib çıxarır.
“İsrail hələ də Qəzza zolağında atəşkəs təklifinə cavab verməyib. Biz İsraildən Qəzza şəhərini işğal etmək niyyəti ilə yaratdığı eskalasiyadan başqa heç nə görmürük”, - rəsmi əlavə edib.
Pərvanə Sultanova
çap et