525.Az

Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək


 

Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək<b style="color:red"></b>

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə 525.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar sentyabrın 24-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 





02.09.2025    çap et  çap et