525.Az

Ermənistanın müdafiə naziri təxribatçı səfirə medal verdi 


 

Ermənistanın müdafiə naziri təxribatçı səfirə medal verdi <b style="color:red"></b>

Ermənistanın müdafiə naziri Suren Papikyan missiyasını başa vuran İran səfiri Mehdi Sobhaniyə qurumun medalın təqdim edib.

525.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Görüş bu gün Müdafiə Nazirliyinin binasında baş tutub. Papikyan səfirin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib, səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Sobhani Ermənistandakı diplomatik misssiyası müddətində Azərbaycan  əleyhinə qərəzli bəyanatları, təxribat xarakterli açıqlamaları ilə yadda qaldı. Onun bu pozucu fəaliyyəti İran - Azərbaycan münasibətlərinə də zərbə vururdu. 

Pərvanə Sultanova

 





02.09.2025    çap et  çap et