Bu gün Əfqanıstanda yenidən zəlzələ olub.
525.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumatına görə, yerli vaxtla saat 15:29-da Cəlalabad şəhərindən 34 kilometr şimal-şərqdə 5.2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, yerli hakimiyyət orqanları zəlzələ ilə bağlı Cəlalabad şəhəri və ətraf rayonlarda ölən və yaralananların sayı barədə məlumat verməyib.
Xatırladaq ki, həftə sonu Əfqanıstanın şərqindəki Kunar əyalətində baş verən 6 bal gücündə zəlzələdən sonra 1000-dən çox ölən olub.
Məhəmməd Tağıyev
çap et