Sudanın qərbindəki Marra dağları bölgəsində baş verən güclü torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Azadlıq Hərəkatı Ordusu (SLM) lideri Əbdülvahid Nurun dediyinə görə, avqustun 31-də yağan güclü yağışdan sonra baş verən torpaq sürüşməsi kəndi dağıdıb və nəticədə 1000 nəfər şəxs həyatını itirib.
Hərəkat Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq yardım agentliklərini qadın və uşaqların da olduğu qurbanların cəsədlərini eksqumasiya etməyə çağırıb.
“İlkin məlumata görə, kəndin bütün sakinləri həyatını itirib, yalnız bir nəfər sağ qalıb”, - deyə Əbdülvahid Nur bildirib.
Məhəmməd Tağıyev
çap et