Yanvarın 10-da nəvəm Özalın 1 yaşı tamam olur. Bu münasibətlə balaca Özalı atası Tural, anası, Aysel ata nənəsi Rəhilə xanım, ana babası Vidadi müəllim, ana nənəsi Gülbəniz xanım, bibiləri Vüsalə və Lalə əmisi Vüsal, əmisi oğlu Toğrul, dayısı Əyyub və bütün onu istəyənlər təbrik edir və uzaq şimal ölkəsində ona can sağlığı arzu edirlər.
Özalın 1 yaşı
Çatdı bir yaşına balaca Özal,
Çox mübarək olsun yaşı balamın.
Şirin gülüşü var, dəcəl yerişi,
Altıca dənə də dişi balamın.
Şimala qar yağıb, hər yan ağ-appaq,
Özalın başında şümbülü papaq.
Yeməkdi, içməkdi, bir də oynamaq,
Bağçaya getməkdi işi balamın.
Gəlir babasına ekrandan baxa,
Nənəsin axtarır, boylanır sağa.
Töküb oyuncağı küncə-bucağa,
Yaman qarışıbdı başı balamın.
Dünyada hər şeyin tamına çatsın,
Hər şirin arzuya, kamına çatsın.
Oxusun,adına şanına çatsın,
Ömrü uzun olsun kişi balamın.
Babası Nazim Əhmədli
çap et