İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.
"Əməliyyat çərçivəsində zərbələri gücləndirməyə hazırlaşırıq və məhz bu səbəbdən sizi buraya çağırmışıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə Zamir son həftələrdə hərbi xidmətə çağırılmış ehtiyatda olan hərbçilərə müraciətində bildirib.
çap et