ABŞ-də köpək balığı 8 yaşlı uşağa hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Florida ştatında, Ki-Larqo adası yaxınlığında baş verib.
Sahilyanı ərazidə çimən uşağa qəfildən akula hücum edib. Ağır yaralanmış körpə helikopterlə Mayami xəstəxanasına çatdırılıb.
Bu, ərazidə son 1 ildə 2-ci belə haldır. Ötən ilin iyununda Ki-Vest mərcan adası yaxınlığında sualtı ovla məşğul olan 37 yaşlı kişi də akulanın hücumuna məruz qalmışdı. O vaxt da çoxsaylı ağır xəsarətlərlə baxmayaraq, həkimlərin sayəsində ölməmişdi.
Yeri gəlmişkən, ötən il dünyada köpək balıqlarının insanlara 47 hücum faktı qeydə alınıb. Bu rəqəm 2023-cü illə müqayisədə 33 faiz azdır.
L.Tağıyeva
çap et