525.Az

Şagirdlərin maraq göstərdikləri fənlərin reytinqi


 

Şagirdlərin maraq göstərdikləri fənlərin <b style="color:red">reytinqi </b>

Orta məktəb şagirdləri arasında keçirilən "Bilik yarışı" müsabiqəsinə qatılan şagirdlərin maraq göstərdikləri fənlərin reytinqində dəyişiklik olub.

Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Z.Əliqızı bildirib ki, yarış Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, informatika, xarici dil fənləri üzrə keçirilir: “İndiyədək reytinqdə Azərbaycan dili və ədəbiyyat fənni birinci yeri tuturdu. Yəni şagirdlər onlara verilmiş seçim imkanlarından istifadə edərək daha çox Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak etmək istəyirdilər. Bu il isə ilk dəfə olaraq, reytinqdə ilk yeri riyaziyyat fənni tutub. İkinci yeri Azərbaycan dili və ədəbiyyat fənni tutur. Ən aşağı yeri isə informatika fənni tutur.

Z.Əliqızı qeyd edib ki, şagirdlərin payız tətili günlərindən keçirilməyə başlanılan "Bilik yarışı"nda Bakı məktəblilərinin 1/3 hissəsi - 100 minə yaxın şagird iştirak edib. Bu yarış 5-11-ci sinif şagirdləri arasında keçirilir. İştirakçılar arasında 5-6-7-ci sinif şagirdləri çoxluq təşkil edir.

S.QARAYEVA

 

 





26.11.2012    çap et  çap et