525.Az

Gəncədə tarixi abidələrinin qorunması məsələləri müzakirə edilib


 

Gəncədə tarixi abidələrinin qorunması məsələləri müzakirə edilib<b style="color:red"></b>

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi, AMEA-nın Gəncə Bölməsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "Tarix və mədəniyyət abidələrinin qorunması" mövzusunda dəyirmi masa keçirilib.

525.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn müddəalara müvafiq olaraqkeçirilən toplantıda Gəncə və ətraf bölgədə çalışan alim və mütəxəssislər iştirak ediblər.

AMEA-nın Rəyasət Heyətinin üzvü,  Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev müzakirə olunacaq mövzuların elmi və işgüzar əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, bu baxımdan, tədbirin tədqiqatçılar, mütəxəssislər və aidiyyatı dövlət qurumlarının təmsilçiləri və üçün faydalı olacağına inamını bildirib.

Akademik Fuad Əliyev  ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələbləri üzrə Gəncədə silsilə tədbirlərin davam etdirildiyini vurğulayaraq, tarixi və mədəni abidələtimizin mühafizəsi məsələlərinin də dövlətçiliyimizin, suverenliyimizin daha da möhkəmləndirilməsinə ziyalıların töhfələrindən biri kimi  səciyyələndirib və hazırkı tədbirin məhz bu məqsədlərə xidmət etdiyini bildirib.

O, həmçinin çıxışında şəhərin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi haqda da danışıb, eləcə də Şərqinin böyük memarı, 17-ci əsrdə Gəncədə bir sıra bina və qurğular inşa etmiş Şeyx Bahəddin Amilinin irsinin ətraflı öyrənilməsinə, o cümlədən onun təfəkkürünün və mühəndis bacarığının  məhsulu olan Gəncənin yeraltı yollarının mövcudluğunun təsdiqinə nail olunması məsələlərinə də toxunub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiriYadigar Bədəlov çıxışında tarix və mədəniyyət abidələrinin qorunması və bərpasının dövlət siyasətinin tərkib hissələrindən olduğuna diqqət çəkib. O, tədbirdə  aidiyyəti dövlət qurumlarının təmsilçilərinin iştirakının bu sahədəki aktual məsələlərin həllinə kömək edəcəyinə inandığını qeyd edib.

Y.Bədəlov həmçinin Gəncə şəhərindəki tarixi və mədəniyyət abidələrinin təsnifatı haqda ətraflı məlumat verib.

Daha sonra AMEA-nın Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent  Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin məqbərəsinin qorunması və irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, Bölmənin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova "Bəşər sivilizasiyasinin Qarabağda erməni vandalizminə məruz qalmiş tarix və mədəniyyət abidələri", Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkiliiyinin (Ombudsmanının) Qərb Regional Mərkəzinin əməkdaşı Səbuhi Abbasov "Tarix və mədəniyyət abidələrinin qorunmasının konstitusion təminatları", Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov "Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin fəaliyyəti”, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov "Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində ağsaqqallar qarşısında duran vəzifələr", Gəncə Regional Turizm İdarəsinin rəis müavini Həmid Nəsirov"Turizmdə Mədəni irs abidələrinin rolu", Qərbi Azərbaycan İcması İdarə heyətinin üzvü Bayram Apoyev "Qərbi Azərbaycanda tarixi və mədəni irsimizə qarşı erməni vandalizmi", Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov "Gəncənin tarixi abidələri etnoqrafik mədəniyyətimizin nümunəsi kimi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə-Daşkəsən Regional bölməsinin baş məsləhətçisi Şahmar Verdiyev "Məscidlərimiz milli-mənəvi dəyərlərimizdir" və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müaviniF əqan Məmmədov "Qədim Gəncə ərazisində mədəni irsin izləri" adlı məruzələrlə çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Zakir Muradov, Gəncə

 





03.09.2025    çap et  çap et