525.Az

Türkiyə tarixində bir gündə rekord uçuş sayı qeydə alındı


 

Türkiyə tarixində bir gündə rekord uçuş sayı <b style="color:red"> qeydə alındı</b>

Türkiyə tarixində bir gündə rekord uçuş sayı qeydə alınıb.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. O qeyd edib ki, avqustun 31-də Türkiyə hava 1906 tranzit uçuş olub ki, bu da ölkə tarixində rekord göstəricidir.

“31 avqust 2025-ci ildə bütün zamanların tranzit uçuş rekordu qırıldı. Yalnız bir gündə 1906 uçuş həyata keçirildi. Güclü hava nəqliyyatı infrastrukturumuzla Türkiyənin aviasiya səviyyəsini və tutumunu hər gün artırırıq”, - deyə Uraloğlu vurğulayıb.

İbrahim Cəfərov

 





03.09.2025    çap et  çap et