525.Az

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya gedir


 

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya gedir<b style="color:red"></b>

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 29-da Ermənistan Təhlükəsizlik Şurasının katibi İrana səfər edib. O, İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali

Şurasının katibi Əli Laricani ilə müzakirələr aparıb, 8 avqust Vaşinqton görüşü barədə fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova

 





03.09.2025    çap et  çap et