525.Az

“Ukrayna və Azərbaycan strateji tərəfdaşlığı gücləndirəcək” - Səfir


 

“Ukrayna və Azərbaycan strateji tərəfdaşlığı gücləndirəcək” - <b style="color:red"> Səfir</b>

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukrayna səfiri Yuri Husyevlə görüşüb.

525.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.

O vurğulayıb ki, tərəflər səmərəli müzakirələr aparıblar:

“İkitərəfli münasibətləri əhatə edən geniş spektrli məsələləri müzakirə etdik. Dəstək və humanitar yardımın növbəti partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün təşəkkür edirik. Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş birgə fəaliyyətlər və sonrakı addımlar haqqında razılıq əldə olunub”, - səfir yazıb.

Pərvanə Sultanova

 





03.09.2025    çap et  çap et