Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
525.az xəbər verir ki, Britaniya hökumətinin saytında dərc olunan sənədə görə, yeni sanksiyalar 11 şəxs və qurumu əhatə edir.
Məhdudlaşdırıcı tədbirlər Böyük Britaniyaya girişin qadağan edilməsini və aktivlər aşkar edilərsə, onların dondurulmasını əhatə edir.
Sanksiyalar siyahısına Ramzan Kadırovun anası Aymani Kadırova və atasının adını daşıyan Axmat Kadırov Fondu və daxil edilib.
Pərvanə Sultanova
çap et