525.Az

Putin Kim Çen Inı Moskvaya dəvət edib


 

Putin Kim Çen Inı Moskvaya dəvət edib<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı Moskvaya səfərə dəvət edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, hələlik səfərin tarixinin müəyyənləşmədiyini söyləyib.

Qeyd edək ki, Vladimir Putin və Kim Çen In bu gün Çinin Tiencin şəhərində keçirililən “ŞƏT plyus” Sammitində görüşüblər. Görüşün yekununda Kim Çen In “Tezliklə görüşərik”, Rusiya liderinin isə “Sizi gözləyirik, bizi ziyarətə gəlin” deməsi diqqətlərdən yayınmayıb.

İsgəndər Həsənov

 





03.09.2025    çap et  çap et