525.Az

Pakistanda partlayış - 13 nəfər ölüb, 31 nəfər yaralanıb


 

Pakistanda partlayış - <b style="color:red"> 13 nəfər ölüb, 31 nəfər yaralanıb</b>

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində mitinq zamanı partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.

Polis partlayışın kamikadze tərəfindən törədildiyini bildirib. Əlavə edilib ki, partlayışın dəqiq səbəbinin müəyyən edilməsi və cinayətkarların tutulması üçün araşdırmaya başlanıb.

İsgəndər Həsənov

 





03.09.2025    çap et  çap et