525.Az

Azərbaycanın Aİ dövlətləri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb


 

Azərbaycanın Aİ dövlətləri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul ayları ərzində Avropa İttifaqı (Aİ) dövlətləri ilə ticarət dövriyyəsi 12,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə 525.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Komitənin hesabatına əsaslanan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz və ya 1,5 milyard (ABŞ) dollar artıb.

Hesabat dövründə Aİ dövlətləri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 43 faizini təşkil edib.

 





03.09.2025    çap et  çap et