525.Az

Lissabonun məşhur funikulyorunda qəza - ölənlər var


 

Lissabonun məşhur funikulyorunda qəza - <b style="color:red"> ölənlər var</b>

Portuqaliyanın paytaxtı Lissabonda məşhur "Qloriya" funikulyorunda qəza baş verib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 15 nəfər həlak olub, 20-ə yaxın insan xəsarət alıb.

Hadisə yerinə dərhal xilasedicilər, o cümlədən 60 mütəxəssis və 22 müxtəlif texnika cəlb olunub. Qəzanın baş vermə səbəbi barədə dolğun məlumat yoxdur. Şahidlərin sözlərinə görə, idarəetmədən çıxan kabinə yüksək sürətlə yaşayış evinə çırpılıb. Lissabon prokurorluğu tərəfindən cinayət işi başlanıb, şəhərdə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, "Qloriya" funikulyoru Lissabonun simvollarından biridir. Funikulyor Restaurandoreş meydanı ilə San-Pedru-de-Alkantara bağını birləşdirir.

L.Tağıyeva

 





04.09.2025    çap et  çap et