525.Az

İlk dəfə suya buraxılan dəbdəbəli yaxta batdı


 

İlk dəfə suya buraxılan dəbdəbəli <b style="color:red"> yaxta batdı</b>

Türkiyədə dəbdəbəli "Dolce Vento" yaxtası suya buraxıldıqdan az sonra batıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə srağagün Zonquldağ sahillərində baş verib.

Qəza zamanı yaxtadakılar suya tullanaraq xilas olublar. Xəsarət alanlar barədə məlumat yoxdur. Batmadan sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Qəzanın hansı səbəbdən yaşandığı hələlik bəlli deyil.

Qeyd edək ki, "Dolce Vento" 700 min funt-sterlinq dəyərində idi.

L.Tağıyeva

 





04.09.2025    çap et  çap et