Qazaxıstanın xarici işlər naziri Murat Nurteu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
525.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Nurtleu Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən qayıtdıqdan az sonra evində həbs edilib.
Nazirlə yanaşı, biznesmen Hacı Hacıyev və Dövlət Təhlükəsizlik Komitəsinin bir neçə yüksək rütbəli məmuru da nəzarətə götürülüb. Nurtleu və Hacıyevin evində axtarış aparılıb.
Qeyd edək ki, həbs olunanların saxlanma səbəbləri barədə hələlik məlumat verilmir.
L.Tağıyeva
çap et