525.Az

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq


 

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq<b style="color:red"></b>

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə 525.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.

Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq. 

 





04.09.2025    çap et  çap et