Almaniyanın paytaxtı Berlində bir avtomobilin izdihamın üzərinə getməsi nəticəsində xeyli uşaq yaralanıb.
525.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, xoşagəlməz hadisə bu gün günorta saatlarında Berlinin Veddinq səmtində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil izdihamın üzərinə gedib. Qəza Seestrasse və Dohnagestell qovşağında baş verib. Hadisə yerində çoxsaylı qrupların olması səbəbindən yaralananların əksəri uşaqlardır.

Şahidlərin verdiyi məlumata görə, bir müəllim ağır, bəzi uşaqlar isə yüngül xəsarətlər alıb.
Almaniya Fövqəladə Hallar Xidməti hadisəni terror aktı deyil, qəza kimi dəyərləndirib.
Sürücü nəzarətə götürülüb, araşdırma aparılır.
İbrahim Cəfərov
çap et