525.Az

ABŞ, Avropa İttifaqı və Ukrayna liderləri videokonfrans formatında bir araya gəliblər


 

ABŞ, Avropa İttifaqı və Ukrayna liderləri videokonfrans formatında <b style="color:red"> bir araya gəliblər</b>

ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri videokonfrans vasitəsilə danışıqlara başlayıblar.

525.az xəbər verir ki, bu barədə Fransa mətbuatı Yelisey sarayına istinadən məlumat yayıb.

Bundan əvvəl Parisdə "istəklilər koalisiyası"nın - münaqişə bitdikdən sonra Ukraynanı dəstəkləməyə hazır olan ölkələrin görüşü keçirilib. Fransa, Danimarka, Polşa, Finlandiya və Avropa Komissiyası liderləri Ukraynanın təhlükəsizliyinə təminat məsələsini müzakirə ediblər.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Yelisey sarayında “istəklilər koalisiyası”nın iclası başlayandan təxminən 40 dəqiqə sonra zalı tərk edib. O, Donald Trampla konfrans başlayanda geri qayıdıb.

Pərvanə Sultanova

 





04.09.2025    çap et  çap et