525.Az

Prandelli "Qalatasaray"ın təklifini rədd etdi


 

Prandelli "Qalatasaray"ın təklifini rədd etdi<b style="color:red"></b>

"Qalatasaray"ın keçmiş baş məşqçisi Çezare Prandelli klubun ona verəcəyi təzminatla bağlı təkliflərini rədd edib.

Lent.az-ın sabah.com.tr-yə istinadən verdiyi məlumata görə, İstanbul klubu Prandelliyə 1 milyon avro verməklə məsələnin həll olunmasını istəyib. Amma italiyalı mütəxəssis təklifi qəbul etməyib. 57 yaşlı məşqçi “CimBom”dan 5 milyon avroya yaxın pul istəyir.
 
"Qalatasaray"da aylıq 190 min avro maaş alan Prandelliyə bu günə qədər ümumilikdə 1,3 milyon avro ödənilib. Onun bütün alacaqlarının hamısını tələb etməsi “Sarı-qırmızları” pis vəziyyətə salıb.

Qeyd edək ki, Prandelli məsələ ilə bağlı FİFA-ya şikayət edərsə və borc ödənilməzsə, "Qalatasaray" klubuna ciddi cəzalar verilə bilər.

 





12.01.2015    çap et  çap et