525.Az

Cüdoçularımızdan Avropa çempionatında 2 qızıl, 1 bürünc medal


 

Cüdoçularımızdan Avropa çempionatında 2 qızıl, 1 bürünc medal<b style="color:red"></b>


Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

525.az xəbər verir ki,  ilk yarış günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb. 

Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

 





04.09.2025    çap et  çap et