525.Az

“Rusiya neftini almayın” - Trampdan Avropa liderlərinə


 

“Rusiya neftini almayın” - <b style="color:red"> Trampdan Avropa liderlərinə</b>

ABŞ prezidenti Donald Tramp Avropa liderlərini Rusiyadan neft almaqdan çəkinməyə çağırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Avropa liderlərinin dəvəti ilə Ukrayna müharibəsi üçün “İstəklər Koalisiyası”nın toplantısına Ağ Evdəki ofisindən onlayn şəkildə qatılan Tramp Rusiyanın Avropa Birliyinə bir ildə yanacaq satışından 1,1 milyard avro qazandığına diqqət çəkib.

Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalıdır. ABŞ lideri həmçinin əlavə edib ki, Avropa liderləri eləcə də Rusiyanın müharibə səylərini maliyyələşdirdiyi üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.

İsgəndər Həsənov

 





04.09.2025    çap et  çap et