525.Az

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2200-ü ötüb


 

Əfqanıstanda zəlzələ qurbanlarının sayı <b style="color:red"> 2200-ü ötüb</b>

Avqustun 31-də Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı iki mini keçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müvəqqəti Hökumətinin mətbuat katibinin müavini Həmdullah Fitrat məlumat verib. O bildirib ki, zəlzələdə ölənlərin sayı 2205-ə, yaralıların sayı isə 3640-a yüksəlib.

Fitrat əlavə edib ki, Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi də daxil olmaqla zəlzələdən ən çox zərər çəkmiş bölgələrində xilasetmə işləri davam edir.

İbrahim Cəfərov

 





04.09.2025    çap et  çap et