ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında Rusiya prezidenti Vladimir Putinlə Alyaska görüşündə çəkilmiş fotosunu paylaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əslində Tramp səhifəsində 2 şəkil yerləşdirib.
Onlardan birincisi, Putinlə olan şəkildi. Burada onların səmaya tərəf baxaraq F-35 qırıcılarını izləməsi, digər şəkildə isə B-2 bombardmançı təyyarəsi ilə 4 qırıcının uçuşu əks olunub.
Qeyd edək ki, ABŞ prezidenti fotolara hər hansı şərh verməyib.
L.Tağıyeva
çap et