525.Az

Nurlana Abdullayevanın solo konserti olacaq


 

Nurlana Abdullayevanın <b style="color:red"> solo konserti olacaq</b>

Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlana Abdullayevanın solo konserti olacaq.

525.az xəbər verir ki, sentyabrın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək konsert 19:00-da start götürəcək.

Retro ruh, zəriflik və qadın duyğularının səsi – Nurlana Abdullayeva sizi unudulmaz bir musiqi axşamına dəvət edir. Sevilən klassiklər, canlı orkestr və o illərin səmimi ab-havası...

Konsertin təşkilatçıları qadınlar üçün yaradıcı və biznes platforma @iz.community və @kurbansaid.restaurant butik restoranıdır.

Konsertin biletlərini iTicket-dən əldə etmək mümkündür.

 





05.09.2025    çap et  çap et