525.Az

Prezident İlham Əliyev Göygöldə yol tikintisinə 2 milyon manat ayırıb


 

Prezident İlham Əliyev Göygöldə yol tikintisinə 2 milyon manat ayırıb<b style="color:red"></b>

Prezident İlham Əliyev “Göygöl rayonunun Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 





05.09.2025    çap et  çap et