525.Az

Narkotacirlər 2 hərbçini diri-diri yandırdılar


 

Narkotacirlər 2 hərbçini diri-diri yandırdılar<b style="color:red"></b>

Kolumbiyada narkotacirlər 2 hərbçini diri-diri yandırıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pedro Sançes sosial şəbəkə hesabında paylaşım edib.

Hadisə Ekvadorla sərhəddə yerləşən Vilyaqarson əyalətində baş verib. Kokain istehsal edilən laboratoriyanın ələ keçirilməsi zamanı 2 hərbçi narkotacirlər tərəfindən ələ keçirilib. Əməliyyatı pozmaq məqsədilə onlar hərbçilərin üzərinə benzin tökərək od vurublar. Buna baxmayaraq, əməliyyat baş tutub. Hərbçilər isə vaxtında xəstəxanaya çatdırılaraq ölümdən qurtarılıblar.

Qeyd edək ki, nazir hərbçilərə od vuranların kimliyi barədə məlumat verənlərə böyük məbləğdə mükafat veriləcəyini bildirib.

L.Tağıyeva

 





05.09.2025    çap et  çap et