525.Az

Şri-Lankada avtobus uçuruma yuvarlanıb - 15 ölü, 16 yaralı


 

Şri-Lankada avtobus uçuruma yuvarlanıb - <b style="color:red"> 15 ölü, 16 yaralı</b>

Şri-Lankada ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə paytaxt Kolombodan 280 kilometr şərqdə yerləşən Vellavaya dağlıq ərazisində sərnişin avtobusu dərəyə yuvarlanıb.

Avtobus sürücüsünün yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirməsi və avtobusun dərəyə aşması nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb.

Qeyd edək ki, Şri-Lankada, xüsusən də dağlıq bölgələrdə sürücü səhvi və dar yollar səbəbindən ölümlə nəticələnən avtobus qəzaları tez-tez baş verir.

İbrahim Cəfərov

 





05.09.2025    çap et  çap et