525.Az

“Qazprom” və Qazaxıstan arasında qaz sazişi imzalanıb


 

“Qazprom” və Qazaxıstan arasında <b style="color:red"> qaz sazişi imzalanıb</b>

“Qazprom” və Qazaxıstan arasında Rusiya təbii qazının tədarükünü artırmaqla bağlı müqavilə imzalanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sözləşməni “Qazprom”un prezidenti Aleksey Miller və Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyar imzalayıblar.

Rusiyanın Vladivostok şəhərində baş tutan görüşdə tərəflər arasında əməkdaşlıq müzakirə olunub və 2025 və 2026-cı illərdə Rusiya qazının Qazaxıstana nəqlinin artırılmasına dair razılıq əldə edilib.

Xatırladaq ki, martın 1-də yaydığı bəyanatda Qazaxıstan Energetika Nazirliyi “Qazprom”la ildə 10 milyard kubmetrə qədər Rusiya qazının tədarükü üçün danışıqların aparıldığını açıqlamışdı.

İbrahim Cəfərov

 





05.09.2025    çap et  çap et