525.Az

İtirilmiş pul qabı 51 il sonra tapıldı


 

İtirilmiş pul qabı <b style="color:red"> 51 il sonra tapıldı</b>

ABŞ-də 51 il əvvəl məktəblinin itirdiyi pul qabı təmir zamanı tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir, əhvalat Stouni-Krik şəhərciyindəki Orçard-Park orta məktəbində baş verib.

Təmir zamanı məktəbin gözətçisi Lorna MakKuin nə vaxtsa divarın arxasında gizlədilmiş pul qabına rast gəlib. Onun içində Tom Şopfa məxsus tələbə bileti, sürücülük vəsiqəsi, sosial sığorta kartı, ailəsi və dostları ilə çəkdirdiyi fotolar, hokkey matçına bilet, bir qədər nağd pul və digər nəsnələr var idi. 

Əşyanı sahibinə qaytarmaq qərarına gələn MakKuin bununla bağlı sosial şəbəkələrdə elan yerləşdirib və qısa zamanda Tom Şopfu tapıb. 

Qeyd edək ki, 67 yaşlı Tom pul qabını gizlədəndə 17 yaşında olduğunu bildirməklə yanaşı, sonradan onu hara qoyduğunu unutduğunu söyləyib.

L.Tağıyeva

 





05.09.2025    çap et  çap et