525.Az

Sinəsinə zərblə top dəyən qapıçı vəfat etdi


 

Sinəsinə zərblə top dəyən qapıçı vəfat etdi<b style="color:red"></b>

Braziliyada sinəsindən topla güclü zərbə alan futzalçı vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Para ştatının Auqusto Korrea əyalətində keçirilən futzal matçı zamanı baş verib.

"Sind Motors" - "JVB Futsal" oyununda meydan sahiblərinin qapıçısı Pikse ləqəbi ilə tanınan Antonio Edson dos Santos Souza  rəqibin penalti zərbəsini sinəsi ilə qaytardıqdan sonra halı pisləşib və huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan futzalçını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onun ölümünün dəqiq səbəbi barədə məlumat verilmir.

L.Tağıyeva

 





05.09.2025    çap et  çap et