Moskva vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 13:46-da (Bakı vaxtı ilə 14:46) Luxovitsdə baş verib.
Qəza yerinə xilasedicilər göndəriliblər. Təyyarənin markası və sərnişinlər barədə hələlik dəqiq məlumat yoxdur. Yeganə məlum olan pilotun həlak olmasıdır.
L.Tağıyeva
çap et