525.Az

“Hərbi büdcəni artırmağa ehtiyac yoxdu” - Erməni deputat 


 

“Hərbi büdcəni artırmağa ehtiyac yoxdu” - <b style="color:red"> Erməni deputat </b>

“Ermənistanın hərbi büdcəsi 2026-cı ildə ciddi şəkildə artırılmamalıdır”.

525.az xəbər verir ki, bunu ölkənin hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vaaqn Aleksanyan deyib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasını, eləcə də əvvəlki illərdə müdafiə xərclərinin kəskin artdığını nəzərə alaraq əldə olunan tempin saxlanılması özlüyündə ciddi addımdır”, - o əlavə edib.

Erməni deputat əlavə edib ki, ölkənin 400 milyon dramlıq hərbi büdcəs 1 milyard 700 milyon drama çatdırılıb.

Pərvanə Sultanova

 





05.09.2025    çap et  çap et