525.Az

Britaniya Baş nazirinin müavini qalmaqal fonunda istefa verib


 

Britaniya Baş nazirinin müavini qalmaqal fonunda <b style="color:red"> istefa verib</b>

Böyük Britaniya Baş nazirinin müavini Ancela Rayner vergi fırıldaqları qalmaqalına görə istefa verib.

525.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Onun həm də hakim Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edəcəyi vurğulanıb. 

45 yaşlı siyasətçi sentyabrın 3-də "Sky News" telekanalına müsahibəsində etiraf edib ki, İngiltərənin cənubundakı Hove kurort şəhərində mənzil alarkən rüsum ödəməyib. Bunu qəsdən etmədiyini söyləyən xanım siyasətçi ona yanlış məsləhət verən vəkilləri günahlandırıb.

Xatırladaq ki, o, ödənişdən yayınmaqla 40 min funt-sterlinqə qənaət edib.

Pərvanə Sultanova

 





05.09.2025    çap et  çap et