525.Az

Devid Lammi Britaniyanın Baş nazirinin müavini təyin edilib


 

Devid Lammi Britaniyanın Baş nazirinin müavini <b style="color:red"> təyin edilib</b>

Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətdə dəyişiklik edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lammi ölkənin yeni baş nazirinin müavini və ədliyyə naziri təyin edilib.

Məlumata görə, yeni XİN başçısı daxili işlər naziri İvette Kuper olub, onun vəzifəsinə isə ədliyyə naziri Şabana Mahmud təyin edilib.

Xatırladaq ki, bu gün Baş nazirin müavini Angela Rayner vergi qalmaqalına görə vəzifəsindən istefa verib.

Pərvanə Sultanova

 





05.09.2025    çap et  çap et