525.Az

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim”


 

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim”<b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 25-ci ildönünmünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək.

Teatrdan Lent.az-a verilən məlumata görə, yazıçı-dramaturq Tamara Vəliyevanın qanlı yanvara həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
 
İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzağa Mirzəyev və başqaları ifa edəcəklər.

 





13.01.2015    çap et  çap et