525.Az

“Kiyev Rusiyadan neft və qazı Slovakiyaya tədarük etməyəcək” - Zelenski 


 

“Kiyev Rusiyadan neft və qazı Slovakiyaya tədarük etməyəcək” - <b style="color:red"> Zelenski </b>

“Ukrayna Rusiyadan neft və qazı Slovakiyaya tədarük etməyəcək”.

525.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşündən sonra mətbuat konfransında deyib.

“Baş naziri Fitso ilə enerji haqqında danışdıq. Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq, bir şərtlə ki, bu, Rusiya qazı və ya Rusiya nefti olmasın. Çünki biz müharibə şəraitindəyik", - Zelenski bildirib.

O, həmçinin əlavə edib ki, Ukrayna kifayət qədər alternativ və layihələr bilir və bu istiqamətdə işləməyə hazırdır.

2025-ci ilin yanvarından Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırıb, lakin Slovakiya və Macarıstana neft tədarükü “Dostluq” neft kəməri ilə həyata keçirilib. Avqustun 4 və 22-də Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki “Dostluq” neft kəməri infrastrukturuna zərbələri endirib.

Boru kəməri təmir olunarkən Macarıstan və Slovakiyaya neft nəqli dayandırılıb. Budapeşt və Bratislava Kiyevdən hücumları dayandırmağı tələb edib və Avropa Komissiyasına Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin etmək öhdəliyi götürdüyünü xatırladıb. Avqustun 22-də bununla bağlı Brüsselə məktub göndəriblər. Avqustun 28-də Rusiyadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunub.

Pərvanə Sultanova

 





05.09.2025    çap et  çap et