525.Az

İncəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri açıqlanıb


 

İncəsənət məktəb və mərkəzlərinə qəbulun <b style="color:red"> nəticələri açıqlanıb</b>

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

525.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

 





06.09.2025    çap et  çap et