525.Az

Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməmə səbəbləri açıqlanıb


 

Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməmə səbəbləri açıqlanıb<b style="color:red"></b>

2024-cü ildə Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməmə səbəblərinin 47,4 %-i belə alışlara marağın olmaması ilə bağlıdır.

525.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Səbəblərin 26,7 %-i alışları şəxsən etməyə üstünlük verilməsi, 8,2 %-i texniki problemlərlə (məsələn, veb-saytlar, ödənişlərin edilməsində və ya çatdırılmasında problemlər), 5,8 %-i bu sahədə bilik və bacarığın olmaması, 4,9 %-i belə alışların təhlükəsizliyinə əmin olmamaqla, 3,7 %-i şəxsi məlumatların qorunmasına əmin olmamaqla, 3,3 %-i etibarlılıq problemləri (malın çatdırılması, yaxud dəyişdirilməsi, qaytarılması üçün zəmanətə şübhənin olması, yaxud belə zəmanətin ümumiyyətlə olmaması) ilə bağlıdır.

 





06.09.2025    çap et  çap et