525.Az

Türkiyə millisinin tarixinə düşən məğlubiyyət


 

Türkiyə millisinin tarixinə düşən <b style="color:red"> məğlubiyyət</b>

Futbol üzrə Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsində öz meydanında İspaniyaya 0:6 hesabı ilə uduzub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada baş tutan görüş “ay-ulduzlular”ın tarixinə ən ağır məğlubiyyətlərdən biri kimi düşüb.

Türkiyə millisinin tarixində ən acı məğlubiyyət 0:8-dir. Komanda iki dəfə İngiltərə, bir dəfə isə Polşa ilə matçlarda qapısında 8 cavabsız qol görüb.

Bundan başqa, Türkiyə yığması 1928-ci ildə Misirə 1:7 hesabı ilə uduzub.

0:6 hesabı isə Türkiyə millisinin tarixində dördüncü dəfə qeydə alınıb. İspaniyaya qədər “ay-ulduzlular” Macarıstan, Çexoslovakiya və İtaliya ilə matçlarda da qapısından 6 top buraxıb.

İbrahim Cəfərov

 





08.09.2025    çap et  çap et